Rəngkarlıq Muzeyində SÖZ Multidisiplinar İncəsənət Mərkəzinin “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün xüsusi hazırladığı Beynəlxalq Poeziya Gecəsi keçirilib.
“Tehsil365”xəbər verir ki, tədbirdə ABŞ, Portuqaliya, Mərakeşdən olan tanınmış şairlər - Manuel İris, Luís Filipe Sarmento, Hassan Najmi, həmçinin Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Vaqif Bəhmənli, SÖZ Multidisiplinar İncəsənət Mərkəzinin təsisçisi və rəhbəri Nigar Həsənzadə musiqi sədaları altında şeirlər səsləndiriblər.
Gecədə türkiyəli şair Ataol Behramoğlu söz sənətini ekran vasitəsilə təqdim edib.

