Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nəriman Nərimanovun xatirə muzeyi bu gün Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələrini qəbul edib.
"Tehsil365" xəbər verir ki, muzeyin əməkdaşları qonaqlara Nəriman Nərimanovun çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Tələbələrə onun müəllimlik, həkimlik, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif mərhələləri haqqında ətraflı məlumat verilib.
Ziyarət zamanı gənclər muzeyin ekspozisiyası ilə yaxından tanış olub, dahi şəxsiyyətin Azərbaycan tarixindəki rolu, maarifçilik ideyaları və milli düşüncə xətti barədə geniş məlumat alıblar.
Belə tədbirlər gənclərin tarixi şəxsiyyətlər haqqında biliklərinin artırılmasına və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsinə xidmət edir.

