Təhsil 365 - Logo Mobile

14 nömrəli məktəbdə valideynlər üçün maarifləndirici görüş keçirilib - FOTOLAR

8103.11.2025 - 06:10
14 nömrəli məktəbdə valideynlər üçün maarifləndirici görüş keçirilib - FOTOLAR

29 oktyabr 2025-ci il tarixdə 14 nömrəli tam orta məktəbin məktəbə hazırlıq və 1-ci sinif şagirdlərinin valideynləri üçün 5-6 yaşlı uşaqların yaş xüsusiyyətləri mövzusunda maarifləndirici görüş təşkil olunub.

"Tehsil365" xəbər verir ki, tədbir psixoloq Günel Abdullayevanın təqdimatı ilə keçirilib. Görüş zamanı uşaqların fiziki, zehni və sosial-emosional inkişafı barədə ətraflı məlumat verilib. Valideynlərin emosional reaksiyası, səbr səviyyəsi, məsuliyyət və empatiya bacarıqlarının qiymətləndirilməsi məqsədilə diaqnostik test də keçirilib.

Görüşün sonunda psixoloq valideynləri narahat edən sualları cavablandırıb.



Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...