Təhsil 365 - Logo Mobile

BilBacar müsabiqəsinə qeydiyyat başlayıb!

14203.11.2025 - 07:40
BilBacar müsabiqəsinə qeydiyyat başlayıb!

İbtidai təhsil səviyyəsində tədris aparan bütün məktəblər 3 noyabr 2025-dən etibarən müsabiqəyə qeydiyyatdan keçə bilərlər.

Tehsil365” xəbər verir ki, Məktəblər qeydiyyatdan keçmək üçün aşağıdakı üsullardan birini seçə bilərlər:

bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil etməklə;

Tabe olduqları regional təhsil idarələrinə müraciət etməklə.

Müsabiqə 3 və 4-cü sinif şagirdləri arasında oxu bacarıqlarının inkişafına yönəlib və 4 hazırlıq, 4 yarış mərhələsini əhatə edir.


Daha ətraflı məlumat bilbacar.edu.az saytında.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...