Təhsil 365 - Logo Mobile

BDU-nun magistrantı pauerliftinq üzrə dünya çempionatının qalibi olub

10503.11.2025 - 15:05
BDU-nun magistrantı pauerliftinq üzrə dünya çempionatının qalibi olub

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin "Turizm işi" ixtisaslaşması üzrə II kurs magistrantı İlkin Namazov Macarıstanda keçirilən pauerliftinq (powerlifting) idman növü üzrə WPA Dünya Çempionatının qalibi olub.

“Tehsil365” xəbər verir ki, Macarıstanın Lakitelek şəhərində keçirilən "WPA World Championship Powerlifting" yarışında Azərbaycan komandası uğurla çıxış edərək bir sıra qızıl medallar qazanıb.

Komandanın gənc üzvü, Coğrafiya fakültəsinin magistrantı İlkin Namazov pauerliftinq idman növü üzrə 140 kq çəki dərəcəsində gənclər arasında I yeri, açıq kateqoriyada isə II yeri qazanıb. İlkin Namazov həmçinin, "deadlift" hərəkəti üzrə birinci yerin sahibi olub.

Əli İbrahimov

Haber akışı

Şu anda haber akışın da haber yok...