3 noyabr 2025-ci il tarixində Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları ilə əlaqədar Qarabağ Universitetinin nümayəndələri ilə onlayn görüş keçirilib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, görüşdə Dövlət İmtahan Mərkəzinin müvafiq struktur bölmələrinin əməkdaşları və Qarabağ Universitetinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı növbəti il üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri və qaydaları, eləcə də qiymətləndirmə meyarları və forması ilə bağlı təkliflər müzakirə olunub. Ali təhsil ocaqları ilə görüşlər bitdikdən sonra ictimaiyyətə 2026/2027-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının qəbul şərtləri haqqında ətraflı məlumat veriləcək.

