Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetinin tələbəsi tarixi Zəfərə həsr olunan filmdə rol alıb

10203.11.2025 - 17:00
Qarabağ Universitetinin tələbəsi tarixi Zəfərə həsr olunan filmdə rol alıb

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin tələbəsi, birgünlük lokal xarakterli antiterror tədbirlərinin iştirakçısı İlqar İsgəndərli “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin istehsalı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gələn “Yaradan” sənədli filmində rol alıb.

“Tehsil365” xəbər verir ki,Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan ekran əsəri Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma proseslərini, doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin həyat hekayələrini və xalqımızın dirçəliş ruhunu əks etdirir.

Qeyd edək ki, 30 oktyabr tarixində filmin təqdimat mərasimi keçirilib.

Xədicə Abbasova

Haber akışı

Şu anda haber akışın da haber yok...