Qarabağ Universitetində "Sağlam həyat" mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün “Özünəinam və özgüvən” mövzusunda maarifləndirici təlim təşkil olunub.
“Tehsil365” xəbər verir ki ,təlim zamanı klinik psixoloq, psixoterapevt Təhmasib Cavadzadə özünəinamın formalaşması, fərdi inkişafda onun rolu və sağlam özgüvənin qazanılması yolları haqqında danışıb və tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, Qarabağ Universitetində gənclərin psixoloji rifahının və fərdi inkişafının dəstəklənməsi məqsədilə psixoloji maarifləndirilmə işlərinə xüsusi önəm verilir.

