Təhsil 365 - Logo Mobile

Antalyada “Azərbaycan: Bənzərsiz musiqi, heyranedici rəqs” adlı konsert proqramı keçirilib

10304.11.2025 - 05:46
Antalyada “Azərbaycan: Bənzərsiz musiqi, heyranedici rəqs” adlı konsert proqramı keçirilib

Türkiyənin Antalya şəhərində “Azərbaycan: Bənzərsiz musiqi, heyranedici rəqs” adlı möhtəşəm konsert proqramı təqdim olunub.

“Tehsil365”xəbər verir ki, tədbir Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində baş tutub.

Konsertdə Azərbaycan incəsənət ustadları və Dövlət Rəqs Ansamblı iştirak edib.

Proqramda Azərbaycan musiqisinin zəngin irsini və milli rəqs ənənələrini əks etdirən çıxışlar nümayiş olunub. Səhnədə xalq və klassik musiqi nümunələri, muğam, instrumental ifalar səsləndirilib.

Konsert proqramı Xalq artisti Polad Bülbüloğlunun "Şən Azərbaycan" ifası ilə yekunlaşıb.

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...