Təhsil 365 - Logo Mobile

"AnewZ" telekanalının fəaliyyətə başlamasının 1 ili tamam olur

10504.11.2025 - 14:10
"AnewZ" telekanalının fəaliyyətə başlamasının 1 ili tamam olur

Azərbaycanın ilk ingilisdilli beynəlxalq telekanalı "AnewZ" fəaliyyətinin birinci ilini qeyd edir.

"Tehsil365” xəbər verir ki, ötən müddətdə Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqin səsini dünyaya çatdırmaq, qlobal informasiya məkanında Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində mühüm addımlar atılıb.

Bir il ərzində kanal "Reuters", BBC, "Euronews" kimi nüfuzlu media qurumlarının istinad etdiyi xəbər mənbəyinə çevrilib.

Telekanal hazırda 110-dan çox ölkəyə peyk vasitəsilə yayımlanır və 6 milyondan artıq onlayn izləyiciyə malikdir.

Hazırda kanalda dünyanın aparıcı media orqanlarında kifayət qədər zəngin iş təcrübəsinə malik insanlar çalışır.

Elnarə Həmidli

Haber akışı

Şu anda haber akışın da haber yok...