Təhsil 365 - Logo Mobile

Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq onlayn təlim!

12204.11.2025 - 17:00
Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq onlayn təlim!

Bakı Dövlət Universiteti təşkilatçılığı ilə 12 noyabr, saat 11:00-da “Round University Ranking” (RUR) beynəlxalq reytinq agentliyi tərəfindən onlayn təlim keçiriləcək.

🎯 Təlimin məqsədi:

Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə iştirak imkanlarını artırmaq, müasir qiymətləndirmə metodologiyaları, məlumat idarəetmə mexanizmləri və qlobal təhsil trendləri barədə iştirakçıları məlumatlandırmaqdır.

📊 Təlim zamanı RUR reytinq sisteminin əsas istiqamətləri –

✅ Tədrisin keyfiyyəti

✅ Elmi tədqiqat fəaliyyəti

✅ Beynəlmiləlləşmə

✅Maliyyə dayanıqlığı

kimi meyarlar üzrə universitetlərin performansının qiymətləndirilməsi barədə ətraflı məlumat təqdim ediləcək.

Qeyd edək ki, RUR beynəlxalq reytinqi 80-dən çox ölkədən minlərlə universiteti əhatə edir və ali təhsilin inkişafına şəffaf və obyektiv qiymətləndirmə meyarları ilə töhfə verir. Qeyd edək ki, Azərbaycan universitetləri arasında BDU reytinq siyahısına liderlik edir.

Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçin:

Xədicə Abbasova

Haber akışı

Şu anda haber akışın da haber yok...