Sosial şəbəkələrdə 179 nömrəli tam orta məktəbdə qızlar üçün olan sanitar qovşağın qapısının olmaması ilə bağlı iddialar səslənidirilib.
“Tehsil365" xəbər verir ki, Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisələrində ehtiyac duyulan təmir işləri diqqət mərkəzində saxlanılır.
"Qeyd edilən məsələ ilə bağlı məktəbə baxış keçirilməsi, müvafiq təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur", - qurumdan vurğulanıb.

