Təhsil 365 - Logo Mobile

Azərbaycanlı jurnalistlər "Khiva Gilam Kombinati"nda olublar

10305.11.2025 - 14:10
Azərbaycanlı jurnalistlər "Khiva Gilam Kombinati"nda olublar

Azərbaycanın mətbuat nümayəndələri Özbəkistana təşkil olunmuş media-tur çərçivəsində "Khiva Gilam Kombinati "xalça istehsalı müəssisəsini ziyarət ediblər.

"Tehsil365"in Xivə şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, əsası 1977-ci ildə qoyulmuş kombinat Özbəkistanın ən böyük xalça istehsalı müəssisələrindən biridir.

Zavod təxminən 11,8 hektar ərazidə yerləşir, istehsal obyektləri təxminən 4,7 hektar sahəni əhatə edir.

Müəssisədə ildə 2,2 milyon kvadratmetrə yaxın xalça məhsulları istehsal edilir.

Məhsullar Azərbaycana, Rusiyaya, Almaniyaya və Çinə ixrac olunur.

Jurnalistlər istehsal prosesi, müasir avadanlıqlar, eləcə də hazır xalçaların nümayiş olunduğu "şou-rum"la tanış olublar.

Elnarə Həmidli

Haber akışı

Şu anda haber akışın da haber yok...