Təhsil 365 - Logo Mobile

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün imtahan 13 noyabrda keçiriləcək

10905.11.2025 - 16:45
Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün imtahan 13 noyabrda keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün 13 noyabr tarixində imtahan keçirəcək.

“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, imtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.

Qeyd edilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...