Təhsil 365 - Logo Mobile

Azərbaycanlı jurnalistlər Ürgəncdə 10 milyon dollarlıq kampusu ziyarət ediblər

10306.11.2025 - 18:05
Azərbaycanlı jurnalistlər Ürgəncdə 10 milyon dollarlıq kampusu ziyarət ediblər

Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində Azərbaycanın mətbuat nümayəndələri Xarəzm vilayətinin Ürgənc şəhərindəki RANCH Texnologiya Universitetinin yeni kampusunu ziyarət ediblər.

“Tehsil365” bildirib ki, "Report"un müxbiri xəbər verir ki, kampusun inşasına təxminən 10 milyon dollar sərmayə qoyulub.

Yeni korpus 16 min tələbənin yerləşdirilməsi üçün nəzərdə tutulub və tədris binaları kompleksini, laboratoriyaları və 400 nəfərlik yataqxananı əhatə edir.

Azərbaycanlı jurnalistlər yeni kampusun infrastrukturu, mühazirə-laboratoriya otaqları və idman zalı ilə tanış olublar.

Elnarə Həmidli

Haber akışı

Şu anda haber akışın da haber yok...