07 noyabr 2025-ci il tarixində Akif Qambayzadə adına 148 nömrəli tam orta məktəbdə "Zəfər Günü" münasibətilə tədbir keçirildi. Tədbir saat 07:30-da məktəbin həyətyanı ərazisində başlandı. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.
“Tehsil365” xəbər verir ki, hərbi forma geyinmiş şagirdlər məktəbin şəhid məzunları üçün hazırlanmış guşənin önünə gül dəstələri düzərək, şeirlər söylədilər. Tədbir gün ərzində bütün siniflərdə müxtəlif fəaliyyətlərlə davam etdi. Yekun tədbir məktəbin akt zalında keçirildi.
Bu mərasimdə media nümayəndələri, şəhid ailələri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, 30 kitab müəllifi Raziyə Kamilqızı və məktəb kollektivi iştirak etdilər.
Tədbir zamanı şəhid ailələri, müəllimlər və şagirdlər çıxış etdilər, vətənpərvərlik ruhunda səhnəciklər nümayiş olundu. Tədbir məktəb müəllimlərinin "Qarabağ mahnısı"nın ifası ilə yekunlaşdı.

