Təhsil 365 - Logo Mobile

"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib

10507.11.2025 - 14:15
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib

"Global Media Group" Media Akademiyasının tərkibində fəaliyyət göstərən Report Media Məktəbi və Peşəkar Media Məktəbinin birgə təlim proqramına start verilib.

"Tehsil365" xəbər verir ki, müraciət edənlərdən 10 tələbə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayıb jurnalistika peşəsinin sirlərini öyrənməklə yanaşı, fotojurnalistika, rəqəmsal marketinq, yumşaq bacarıqlar istiqamətində bilik əldə edəcək.

Təlim dövründə xəbər jurnalistikasına və rəqəmsallığa önəm veriləcək.

Peşəkar Media Məktəbində keçirilən görüşdə Global Management MMC-də İnsan Resursları Departamentinin rəhbəri Səadət İsmayılova, "Global Management" MMC-nin İnsan resursları departamentinin baş meneceri Mələknaz Yusifova, "Report" İnformasiya Agentliyinin baş redaktoru Namiq Mayılov, Report Media Məktəbinin rəhbəri və təlimçisi İsmayıl Rafiqoğlu, Peşəkar Media Məktəbinin təlimçiləri - Global Menecment MMC-nin marketinq departament rəhbəri Laura Seyidbəyova, PR və marketinq meneceri Vüsal Bəkirov, Global Photostock MMC-nin direktoru Ramil Zeynalov iştirak ediblər.

Elnarə Həmidli

Haber akışı

Şu anda haber akışın da haber yok...