Təhsil 365 - Logo Mobile

DİM həqiqi hərbi qulluğa və mülki işə qəbul imtahanı ilə bağlı müraciət edib

9407.11.2025 - 16:21
DİM həqiqi hərbi qulluğa və mülki işə qəbul imtahanı ilə bağlı müraciət edib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi qulluğa və mülki işə qəbul imtahanında İnformatika fənni üzrə proqramda bir sıra dəyişikliklər edilmişdir.

“Tehsil365” bunu DİM-in məlumatına əsasən xəbər verir.

Bildirilib ki:

1. Windows 10 əməliyyat sistemi Windows 11 əməliyyat sistemi ilə əvəzlənmiş və ədəbiyyat siyahısı da buna müvafiq olaraq yenilənmişdir.

2. “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə” Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2025-ci il tarixli, 412 nömrəli Fərmanı ilə ləğv edildiyi üçün proqramdan çıxarılmış, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu isə proqrama daxil edilmişdir. Buna uyğun olaraq İnformatika fənni üzrə proqramın 5-ci bölməsi aşağıdakı redaktədə verilmişdir: “Elektron hökumət portalı. Elektron imza və elektron sənəd.”

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...