Təhsil 365 - Logo Mobile

Tarixdə bu gün — 12 noyabr 2014

10412.11.2025 - 04:39
Tarixdə bu gün — 12 noyabr 2014

Ağdamda Ermənistan hərbi helikopteri vuruldu.

Tehsil365” xəbər verir ki, 2014-cü ilin 12 noyabr tarixində Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında cəbhə xəttində gərginlik artdı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hava məkanını pozan Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopteri vurularaq zərərsizləşdirildi.

Rəsmi məlumata görə, helikopter təxribat xarakterli uçuş həyata keçirərək Azərbaycan mövqelərinə yaxınlaşmış və xəbərdarlıqlara baxmayaraq geri dönməmişdi. Nəticədə, hava məkanının müdafiəsi məqsədilə cavab tədbiri görülmüşdür.

Bu hadisə regionda gərgin hərbi-siyasi vəziyyətin bir daha gündəmə gəlməsinə səbəb oldu və beynəlxalq aləmdə də geniş müzakirə olundu.

Hadisə, Azərbaycan Respublikasının suveren ərazilərinin və hava məkanının qorunması baxımından əhəmiyyətli strateji önəm daşıyır.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...