Təhsil 365 - Logo Mobile

Bu tarixdə Azərbaycanda parlament seçkiləri keçirilib

10412.11.2025 - 04:52
Bu tarixdə Azərbaycanda parlament seçkiləri keçirilib

1995-ci il 12 noyabr tarixində Azərbaycanda müstəqillik dövrünün ilk parlament seçkiləri keçirildi.

Tehsil365” xəbər verir ki, Bu seçkilər, eyni zamanda yeni Konstitusiyanın ümumxalq səsverməsinə çıxarıldığı günlə üst-üstə düşürdü.

Milli Məclisə keçirilən seçkilər çoxpartiyalı əsasda baş tutdu və Azərbaycan Respublikasının demokratik inkişafında mühüm mərhələ hesab olunur. Seçkilərdə müxtəlif siyasi partiyalar və müstəqil namizədlər iştirak etdilər.

Bu tarix ölkədə demokratik institutların formalaşmasında və hüquqi dövlət quruculuğunda önəmli addım kimi qiymətləndirilir.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...