Təhsil 365 - Logo Mobile

Azərbaycanın ilk qadın Biologiya Elmləri Doktoru Validə Tutayuqun anım günüdür

10512.11.2025 - 07:15
Azərbaycanın ilk qadın Biologiya Elmləri Doktoru Validə Tutayuqun anım günüdür

Bu gün — 12 noyabr, tanınmış azərbaycanlı botanika alimi, biologiya elmləri doktoru, professor Validə Xaspolad qızı Tutayuqun vəfatının ildönümüdür.


Tehsil365” xəbər verir ki, 1914-cü il 23 sentyabrda Şuşada anadan olan Validə Tutayuq, Azərbaycan elminə böyük töhfələr vermiş, xüsusilə botanika sahəsində ölkənin ilk qadın elmlər doktoru kimi tarixə düşmüşdür. O, 1949-cu ildə biologiya elmləri doktoru elmi dərəcəsi almış, bir il sonra isə professor adını qazanmışdır.

Onun elmi fəaliyyəti əsasən Azərbaycanın florasına, bitki örtüyünün sistematikası və ekologiyasına həsr olunmuşdur. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilərək elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Validə Tutayuq 1980-ci il 12 noyabrda Gəncə şəhərində vəfat etmişdir. Onun adı bu gün də Azərbaycan elminin inkişafına xidmət etmiş qadın alimlər sırasında böyük hörmətlə çəkilir.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...