Təhsil 365 - Logo Mobile

Azərbaycanın görkəmli dövlət xadimi Baxşəli Baxşəliyevin xatirəsi anılır

10412.11.2025 - 07:54
Azərbaycanın görkəmli dövlət xadimi Baxşəli Baxşəliyevin xatirəsi anılır

Bu gün — 12 noyabr, Azərbaycanın tanınmış dövlət xadimi, uzun illər Azərbaycan SSR-in maliyyə naziri vəzifəsində çalışmış Baxşəli Həsənəli oğlu Baxşəliyevin vəfatının ildönümüdür.

Tehsil365” xəbər verir ki, Baxşəli Baxşəliyev 1920-ci il 20 avqust tarixində Bərdə rayonunda, Cavanşir qəzasında anadan olub. Dövlət idarəçiliyində yüksək peşəkarlığı və təşkilatçılıq qabiliyyəti ilə seçilən Baxşəliyev 1970–1987-ci illərdə Azərbaycan SSR-in maliyyə naziri vəzifəsində çalışıb.

Onun rəhbərliyi dövründə ölkənin maliyyə sistemi sabit şəkildə inkişaf edib, sosial və iqtisadi layihələrin icrasında mühüm rol oynayıb. Baxşəli Baxşəliyev dövlətə sadiqliyi, prinsipiallığı və peşəkar yanaşması ilə həmkarlarının və cəmiyyətin dərin hörmətini qazanmışdı.

O, 1987-ci il noyabrın 12-də Bakı şəhərində vəfat edib. Onun xatirəsi bu gün də ehtiramla yad olunur.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...