Təhsil 365 - Logo Mobile

"Sony PlayStation" həvəskarları üçün ŞAD XƏBƏR

10313.11.2025 - 06:08
"Sony PlayStation" həvəskarları üçün ŞAD XƏBƏR

"Sony" şirkəti "PlayStation 5" konsolu üçün xüsusi olaraq hazırlanmış 27 düymlük oyun monitoru buraxacaq.

“Tehsil365”xəbər verir ki, bu barədə "Daily Afisha" nəşri məlumat yayıb.

Bildirilir ki, cihaz 2026-cı ildə ABŞ və Yaponiyada satışa çıxarılacaq.

Yeni monitor HDR və VRR dəstəyinə malik QHD (2560×1440 piksel) ekranla təchiz olunub. Ekranın yenilənmə tezliyi 120 Hz-dir, lakin monitor kompüterə qoşulduqda bu göstərici 240 Hz-ə qədər artır.

Bundan əlavə, cihazda yalnız "PlayStation 5" üçün deyil, digər qurğular üçün də nəzərdə tutulmuş portlar mövcuddur. Onların arasında iki HDMI 2.1 portu, bir DisplayPort, iki USB Type-A portu və "PlayStation Link" adapterlərini birləşdirmək üçün bir USB Type-C portu yer alır.

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...