Təhsil 365 - Logo Mobile

Notariat fəaliyyəti üzrə test imtahanı keçiriləcək

14813.11.2025 - 07:18
Notariat fəaliyyəti üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 14 noyabr 2025-ci il tarixində notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək.

“Tehsil365” xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2025-ci il oktyabrın 17-dən noyabrın 4-dək aparılıb və bu müddət ərzində 284 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

Nərmin Süleymanlı

Haber akışı

Şu anda haber akışın da haber yok...