Təhsil 365 - Logo Mobile

Paytaxt məktəbliləri “Bilim Bakı”da təlimlərə cəlb olunur

8413.11.2025 - 13:00
Paytaxt məktəbliləri “Bilim Bakı”da təlimlərə cəlb olunur

Paytaxt məktəbliləri “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına cəlb olunurlar.

Tehsil365” Azərtac-a istinadən xəbər verir ki, ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnoloji marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.

Əsas məqsəd şagirdlərə məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdan ibarətdir.

“Bilim Bakı” mərkəzində təlimlər Sahibkarlıq, Astronomiya, kosmos və aviasiya, Riyaziyyat, Dizayn, Təbiət elmləri və Texnologiya laboratoriyalarında keçirilir. Təlimlərdə mövzuların hər biri uşaqların yaş qruplarına, dünyagörüşünə və məktəb proqramına uyğun olaraq formalaşdırılır.

Qeyd edək ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı çərçivəsində yaradılıb.

Könül Əsgərova

Haber akışı

Şu anda haber akışın da haber yok...