Emin Əmrullayev: “Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir”
Təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilində ən ciddi problemlər ibtidai mərhələdə müşahidə olunur. Nazirə görə, bu sahədəki boşluqlar aradan qaldırılmadan digər təhsil pillələrində keyfiyyətli nəticə əldə etmək mümkün deyil.
Təhsil365 xəbər verir ki, nazir bu fikirləri çıxışı zamanı səsləndirərək ibtidai təhsilin strateji əhəmiyyətini vurğulayıb.”Azərbaycan təhsilinin ən problemlatik hissəsi ibtidai təhsildir. İbtidai təhsili düzəltmədən orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur,” – deyə Əmrullayev qeyd edib.Nazirin sözlərinə görə, hazırda 40-50 faiz şagird ibtidai təhsil mərhələsindən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir. Bu səbəbdən nazirlik ibtidai təhsildə islahatların gücləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirib.Emin Əmrullayev həmçinin müəllimlərin sertifikatlaşdırılması ilə bağlı yeni mexanizmdən danışıb. O bildirib ki, məqsəd müəllimlik fəaliyyətini daimi və sabit iş rejiminə keçirməkdir:“Bu sistem tam könüllü olacaq. İstəyən müəllimlər daimi ştatda, yüksək əməkhaqqı ilə işləyə biləcək. Onların dərs yükü 18 saat olacaq və qalan vaxtlarını təhsilə aid digər işlərə sərf edəcəklər. Yalnız sertifikasiyadan yüksək bal toplayan müəllimlər bu imkanlardan yararlana biləcəklər.”

