Təhsil 365 - Logo Mobile

Naxçıvanda məktəblərdə vakant olan psixoloq vəzifəsi üçün müsabiqə keçirilib

10213.11.2025 - 16:43
Naxçıvanda məktəblərdə vakant olan psixoloq vəzifəsi üçün müsabiqə keçirilib

Noyabrın 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq vəzifələrinə işə qəbul müsabiqəsi üçün test imtahanı keçirilib.

“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, test imtahanında 2025-ci il 10-31 oktyabr tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 23 namizəd iştirak edib.

Test imtahanında hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilib.

Qeyd edilib ki, imtahanın nəticələri ilə bağlı məlumat imtahan bitdikdən sonra dərhal yoxlanılaraq namizədə təqdim olunub. Test suallarının 60 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...