Təhsil 365 - Logo Mobile

"Distant təhsil bir çox hallarda daha səmərəlidir" - Səbuhi Abdullayev

11013.11.2025 - 17:13
"Distant təhsil bir çox hallarda daha səmərəlidir" - Səbuhi Abdullayev

Distant təhsilin vacibliyi bundan ibarətdir ki, artıq pandemiya dövründən başlayaraq bu təhsil sisteminin əhəmiyyəti, səmərəliliyi, fərqliliyi hiss olunurdu. Bu da uzaq məsafədən, keyfiyyətli təhsil almaq istəyənlər üçün çox yararlıdır”.

Bu fikirləri “Tehsil365“ə açıqlamasında təhsil üzrə ekspert Səbuhi Abdullayev deyib. O bildirib ki,

“Distant təhsil həm də Bakı şəhərində olan tıxaclardan da xilas olmağa şərait yaradır. Bununla yanaşı xaricdə təhsil üçün də əlçatanlıq yaradır”.

Ekspert əlavə edir ki, hər iki təhsil üsulunun faydaları çoxdur:

“Hər iki təhsil forması müəyyən məqsədlər üçün faydalıdır. Əgər şagird və ya tələbə sosial bacarıqlar və praktik təcrübə qazanmaq istəyirsə, əyani təhsil daha keyfiyyətlidir. Amma müstəqil öyrənməyi bacaran və vaxtını düzgün idarə edənlər üçün distant təhsil də səmərəli ola bilər”.

Ekspert qeyd edir ki, əyani təhsilinin üstün tutulması daha geniş yayılsa da, qlobal çağırışlarda distant təhsil daha səmərəli ola bilər:

“Əslində biz əyani təhsili daha üstün tuturuq. Çünki şagirdlə birbaşa təmas, nizam-intizamın qorunması səmərəli sayılır. Ancaq qlobal çağırışlar distant təhsilin vacibliyinin daha çox olacağını deyir”.

“Nəticə olaraq, hər şagirdin öyrənmə qabiliyyətinə görə təhsil üsulu dəyişə bilər ancaq əsas olan onların tələblərini qarşılayan üsuldan istifadə etməkdir”.

Leyla Ağakişiyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...