Təhsil 365 - Logo Mobile

Bərdədə “Bir Peşənin Sirri” festivalı keçirilib

12513.11.2025 - 17:48
Bərdədə “Bir Peşənin Sirri” festivalı keçirilib

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində “Bir Peşənin Sirri” adlı peşə festivalı təşkil olunub.

“Tehsil365” Mərkəzin məlumatına əsasən xəbər verir ki, 12 noyabr 2025-ci ildə keçirilən tədbir peşə təhsilinin təbliği, ixtisasların tanıdılması və gənclərin peşə seçimi barədə maarifləndirilməsi məqsədi daşıyıb.

Festivalda Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bərdə Rayon İcra Hakimiyyəti, Qarabağ Regional idarələri, özəl müəssisələr və peşə təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Ziyarətçilər bərbər-vizajist, manikürçü, dizayner, laborant, avtomobil ustası, baytarlıq, bitkiçilik, STEAM və karyera istiqamətlərini əhatə edən stendlərlə tanış olub, ustad dərsləri və təqdimatlarda iştirak ediblər.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...