Təhsil 365 - Logo Mobile

Məmmədağa Muradovun Ölüm Günüdür

10314.11.2025 - 07:12
Məmmədağa Muradovun Ölüm Günüdür

Bu gün Azərbaycan musiqi tarixinin görkəmli simalarından biri, məşhur tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradovun ölüm günüdür.

Tehsil365”xəbər verir ki, O, 1921-ci il fevralın 19-da Bakıda anadan olub və 14 noyabr 1969-cu ildə dünyasını dəyişib.

Məmmədağa Muradov Azərbaycan musiqisinin inkişafında böyük rol oynayıb. O, 1959-cu ildə Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülüb. Onun ifaları və sənətkar fəaliyyəti milli musiqi irsinin qorunması və təbliğində əvəzsizdir.

Bu gün sənətkarın xatirəsi ehtiramla yad edilir, musiqisevərlər və həmkarları onun yaradıcılığını yüksək qiymətləndirirlər.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...