Təhsil 365 - Logo Mobile

Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə Həmkarlar İttifaqı arasında kollektiv müqavilə imzalanıb

10113.11.2025 - 18:43
Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə Həmkarlar İttifaqı arasında kollektiv müqavilə imzalanıb

2025-ci il noyabrın 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon komitələri arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv Müqavilə imzalanıb.

“Tehsil365” İdarənin məlumatına əsasən xəbər verir ki, tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində sədrin müşaviri-katib Renata Mənsurova, həmçinin rayon və şəhər komitələrinin sədrləri iştirak ediblər.

Çıxış edən Coşqun Əliyev Həmkarlar İttifaqının təhsil işçilərinin hüquqlarının müdafiəsi və sosial rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib və iştirakçılara fəaliyyətlərində uğurlar arzulayıb.

Renata Mənsurova isə kollektiv müqavilələrin bağlanmasının əmək münasibətlərinin tənzimlənməsi, təhsil işçilərinin sosial-iqtisadi maraqlarının qorunması və sağlam iş mühitinin yaradılması baxımından əhəmiyyətini qeyd edib.

Görüş zamanı müqavilənin əsas müddəaları müzakirə olunub, əmək və sosial hüquqların müdafiəsi, əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təmin olunması məsələlərinə diqqət yetirilib.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...