Təhsil 365 - Logo Mobile

2,5 milyon manata 19 məktəbin layihə-smeta sənədləri hazırlanacaq

10414.11.2025 - 11:50
2,5 milyon manata 19 məktəbin layihə-smeta sənədləri hazırlanacaq

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən 2 məktəbəqədər, 17 tam orta məktəb binalarının tikintisi və 2 modul tipli tam orta məktəb binalarının quraşdırılması işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı keçirilən müsabiqənin qalibi məlum olub.

“Tehsil365” xəbər verir ki, 2.5 milyon manat məbləğində olan tenderin qalibi "Design Project" MMC olub.

Layihə-smeta sənədləri hazırlanacaq əsas obyektlər Sumqayıt şəhəri, Nizami Gəncəvi adına 1 152 şagird yerlik Texniki və Təbiət Elmləri Liseyi və Sumqayıt şəhəri, 27 nömrəli 1 416 şagird yerlik tam orta məktəbidir.

Nərgiz Süleymanova

Haber akışı

Şu anda haber akışın da haber yok...