Təhsil 365 - Logo Mobile

İncəsənət məktəblərində yeni ixtisaslar tədris olunacaq

10314.11.2025 - 15:09
İncəsənət məktəblərində yeni ixtisaslar tədris olunacaq

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəblərində yaradıcı sahələrdə peşəkar kadr hazırlığının gücləndirilməsi və innovativ tədris metodlarının tətbiqi məqsədilə növbəti tədris ilindən bir sıra pilot ixtisasların tədrisinə başlanacaq.

‘‘Tehsil365’’ bildirir ki, yeni ixtisaslara rəqəmsal incəsənət çərçivəsində qrafik və dəb dizaynı, elektron musiqi, foto və videoqrafiya, dekorativ-tətbiqi sənət daxildir.

Bu ixtisaslar incəsənət məktəbləri ilə Yaradıcılıq Mərkəzinin birgə fəaliyyəti əsasında, yeni kurikulum tətbiq edilərək tədris olunacaq. Seçim zamanı həm müasir dövrün tələbləri, həm də valideynlərin çoxsaylı müraciətləri nəzərə alınıb.

Səma Qarayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...