Təhsil 365 - Logo Mobile

14 Noyabr 1680-ci ildə tarixə düşən kəşf – ilk teleskopla müşahidə olunan komet

9714.11.2025 - 19:30
14 Noyabr 1680-ci ildə tarixə düşən kəşf – ilk teleskopla müşahidə olunan komet

14 Noyabr 1680-ci ildə alman astronom Gottfried Kirch tərəfindən “C/1680 V1” kometi aşkar edilib. Bu kəşf astronomiya tarixində xüsusi əhəmiyyət daşıyır, çünki sözügedən komet teleskop vasitəsilə kəşf olunan ilk komet kimi qeydə alınıb.

“Tehsil365” xəbər verir ki, elm dünyasında həmin obyekt daha çox “1680-in Böyük Kometi”, “Kirch kometi” və “Nyuton kometi” adları ilə tanınır. Komet həmin dövrdə qeyri-adi parlaqlığı ilə diqqət çəkmiş, həm Avropada, həm də dünyanın müxtəlif bölgələrində astronomlar tərəfindən izlənmişdi.

Bu kəşf həm də teleskopik müşahidələrin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir və astronomiya tarixində dönüş nöqtələrindən biri sayılır.

Raul Qarayev

Haber akışı

Şu anda haber akışın da haber yok...