Təhsil 365 - Logo Mobile

Məzahir Məmmədli: “Şagirdlərin motivasiya azlığı və psixoloji dəstək boşluqları təhsildə ciddi problemlər yaradır”

10714.11.2025 - 18:00
Məzahir Məmmədli:  “Şagirdlərin motivasiya azlığı və psixoloji dəstək boşluqları təhsildə ciddi problemlər yaradır”

Ən böyük təhsil problemini nədə görürsünüz?

Bu barədə fikirlərini təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”lə bölüşüb.

Ekspert bildirib ki, hazırda təhsil sistemində şagirdlərlə bağlı bir sıra əsas çətinliklər mövcuddur. Onun sözlərinə görə, motivasiya azlığı, kritik düşüncə və yaradıcılıq bacarıqlarının yetərincə inkişaf etməməsi, psixoloji dəstək sisteminin zəifliyi və davamiyyətsizlik müasir təhsil mühitində ciddi problemlərə səbəb olur.

“Motivasiyanı artırmaq üçün oyunlaşdırma üsullarından istifadə etmək və şagird nailiyyətlərini mütəmadi olaraq təşviq etmək mümkündür,” – deyə ekspert vurğulayıb. O həmçinin bildirib ki, analitik və tənqidi düşüncənin inkişafı debatlar, qrup işləri və interaktiv fəaliyyətlər vasitəsilə daha effektiv şəkildə təmin oluna bilər.

Ekspert psixoloji rifah mövzusuna da toxunaraq deyib: “Məktəb psixoloqunun aktiv işləməsi və şagirdlərə emosional dəstəyin gücləndirilməsi vacibdir.” Onun sözlərinə görə, davamiyyətin yaxşılaşdırılması üçün fərdi inkişaf planları hazırlanmalı, dərslər daha interaktiv təşkil edilməli və valideynlərlə sıx əməkdaşlıq qurulmalıdır.

“Bu yanaşmalar birlikdə tətbiq edildikdə şagirdlərin həm akademik, həm də sosial-emosional inkişafı nəzərəçarpacaq dərəcədə yaxşılaşa bilər,” – ekspert qeyd edib.

Aysel Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...