Təhsil 365 - Logo Mobile

16 noyabr – Azərbaycan və Əfqanıstan arasında diplomatik əlaqələrin qurulmasının ildönümü

10616.11.2025 - 06:36
16 noyabr – Azərbaycan və Əfqanıstan arasında diplomatik əlaqələrin qurulmasının ildönümü

1994-cü il noyabrın 16-da Azərbaycan və Əfqanıstan arasında rəsmi diplomatik əlaqələr qurulub.

"Tehsil365" xəbər verir ki, Bu tarix iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin başlanğıcı kimi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan və Əfqanıstanın diplomatik əlaqələri yarandığı gündən etibarən, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişaf etmişdir. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, beynəlxalq arenada qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında əlaqələrini möhkəmləndirirlər.

1994-cü ildən sonra Azərbaycan və Əfqanıstan arasında rəsmi səfərlər, müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyətlər və qarşılıqlı yardım layihələri həyata keçirilmişdir. Xüsusilə, mədəniyyət və təhsil sahəsində əlaqələr genişlənərək, gənclər arasında dostluğun və qarşılıqlı anlaşmanın artmasına zəmin yaradıb.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...