Təhsil 365 - Logo Mobile

"Repetitor ehtiyacı məktəbdəki dərs yükündən və imtahan sistemindən qaynaqlanır"- Səbuhi Abdullayev

10915.11.2025 - 14:47
"Repetitor ehtiyacı məktəbdəki dərs yükündən və imtahan sistemindən qaynaqlanır"- Səbuhi Abdullayev

Son illər məktəblilər arasında repetitor dəstəyinə tələbin artması valideynlər, müəllimlər və ictimaiyyət tərəfindən ciddi müzakirə mövzusuna çevrilib. Məsələnin kökündə imtahanlara hazırlıq prosesi, fənlərin çoxluğu və əvvəlki illərin mövzularının yenidən tələb olunması dayanır.

Təhsil eksperti Səbuhi Abdullayev mövzu ilə bağlı "Tehsil365"lə öz fikirlərini bölüşüb.

Ekspert bildirib ki, məktəblilər repetitora müxtəlif səbəblərdən üz tuturlar:

“Məktəb tərəfindən, valideynlər tərəfindən və elə bizim tərəfimizdən də müxtəlif səbəblər göstərilir bu mövzu ilə bağlı. Mən düşünürəm ki, əsas səbəb bundan ibarətdir ki, müzakirə olunan məsələ imtahan sistemidir. Gerçəkdə isə 5-ci sinif, 11-ci sinif və 10–11-ci siniflər üzrə bütün mövzulardan şagirdlərin suallara cavab verməsi tələb olunur.

Bu isə, adından da göründüyü kimi, şagirdlərə mövzuların təkrar etdirilməsinə gətirib çıxarır. Çünki 5-ci sinfin mövzularını 6-cı sinifdə, 10-cu sinfin mövzularını isə 11-ci sinifdə yadda saxlamaq çətin olur. Bu tarixlə bağlı ola bilər, ədəbiyyatla bağlı ola bilər, Azərbaycan dili, coğrafiya, riyaziyyat və ya digər fənlərlə əlaqəli ola bilər.

Bu səbəbdən şagirdlər əvvəlki mövzuları yenidən təkrarlamağa məcbur qalırlar. Əks halda yüksək nəticə göstərmək mümkün olmur.”

O əlavə edib ki, sistem dəyişsə və şagirdlər yalnız oxuduqları sinfin mövzularından imtahan versələr, əlavə yüklənmə də azalardı:

“Əsas düşünülən odur ki, 9-cu sinfə qədər verilən imtahan anlayışı sonrakı mərhələdə daha funksional olsun və 10-cu sinifdən etibarən şagirdlər yalnız öz siniflərinə aid mövzular üzrə imtahan versinlər. Belə olarsa, əvvəlki illərin mövzularının bu qədər yığılmasına ehtiyac qalmaz.”

Ekspert sonda qeyd edib ki, məktəblərdə tədris keyfiyyətinin bəzən yetərli olmaması da uşaqları əlavə hazırlığa yönəldir:

“Məktəblərdə lazımi şəraitin olmaması və təhsilin keyfiyyəti ilə bağlı problemlər səbəbindən şagirdlərin çoxu yaxşı nəticə əldə etmək üçün əlavə hazırlığa üstünlük verir.”

Səma Qarayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...