Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Daşkənd şəhərində Özbəkistan Prezidentin təşəbbüsü ilə yaradılan Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi tərəfindən təşkil olunmuş beynəlxalq konqresdə iştirak edib.
İnstitutdan “Təhsil365”ə bildirilib ki, “Ortaq keçmiş və ortaq gələcək” mövzusunda Orta Asiya Tarixçilərinin 2-ci Forumunda Fərhad Quliyev “Qarabağın İslam irsi, Azərbaycanda aparılan son arxeoloji tədqiqatlar kontekstində” adlı məruzə edib.Həmçinin səfər çərçivəsində Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında birgə əməkdaşlıq haqqında ilkin danışıqlar aparılıb.
Qeyd edək ki, Fərhad Quliyev noyabrın 15-də Daşkənddə keçirilmiş “Gələcəyin irsi” beynəlxalq mükafatının təqdimat mərasimində iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətinin tərkibində təmsil olunub.

