Təhsil 365 - Logo Mobile

Bananın bilinməyən üstünlükləri haqqında maraqlı məlumat

8216.11.2025 - 18:30
Bananın bilinməyən üstünlükləri haqqında maraqlı məlumat

Gündəlik qida rasionunda tez-tez rast gəldiyimiz bananla bağlı maraqlı faktlar üzə çıxıb.Alimlər bananın həm enerji mənbəyi, həm də orqanizm üçün çoxsaylı faydaları olan meyvə olduğunu bildirir.

Tehsil365” xəbər verir ki,bananın tərkibindəki təbii şəkərlər – qlükoza, fruktoza və saxaroza – bədəni qısa zamanda enerjiylə təmin edir. Kaliumla zəngin olduğuna görə ürək fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır. Həmçinin bananın tərkibindəki lif həzmi yaxşılaşdırır və uzun müddət toxluq hissi yaradır ki, bu da onu sağlam qidalanmanın sevimli meyvələrindən birinə çevirir.

Mütəxəssislər bananın həm gündəlik enerji artırıcı, həm də ümumi sağlamlığa faydalı qida olduğunu vurğulayır. Sadə bir meyvə olsa da, faydaları olduqca təsirlidir.

Xədicə Abbasova

Haber akışı

Şu anda haber akışın da haber yok...