Təhsil 365 - Logo Mobile

ABŞ universitetlərində beynəlxalq tələbə sayı kəskin azalıb

10318.11.2025 - 06:10
ABŞ universitetlərində beynəlxalq tələbə sayı kəskin azalıb

Amerika universitetlərində təhsil almağa yeni başlayan beynəlxalq tələbələrin sayı bu payız mövsümündə ciddi şəkildə azalıb.

Tehsil365” xəbər verir ki, Bu barədə Noyabrın 17-də yayımlanan və Beynəlxalq Təhsil İnstitutu tərəfindən aparılan araşdırmada məlumat verilib.

Qeyri-partiyalı təşkilatın yaydığı statistikaya əsasən, yeni beynəlxalq tələbə qəbulunda 17%-lik azalma müşahidə olunub. Bu, pandemiya dövrü istisna olmaqla, son onillikdə qeydə alınan ən böyük azalmadır.

Araşdırmada vurğulanır ki, bu geriləmənin əsas səbəbləri sırasında viza məhdudiyyətləri və Tramp administrasiyası dövründə tətbiq edilən digər maneələr yer alır. Xarici tələbələr ABŞ-da təhsil almaq üçün əvvəlkindən daha mürəkkəb prosedurlarla qarşılaşır, bu da onların qərarlarına birbaşa təsir edir.

Ekspertlər bildirirlər ki, bu tendensiya ABŞ ali təhsil sisteminin qlobal cəlbediciliyinə mənfi təsir göstərə bilər. Beynəlxalq tələbələr həm akademik müxtəliflik, həm də iqtisadi töhfə baxımından ABŞ universitetləri üçün mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, beynəlxalq tələbələrin sayında əvvəlki illərdə müşahidə olunan artım tendensiyası bu il tərsinə çevrilib və gələcək illərdə də bu azalma riskinin davam edə biləcəyi ehtimal olunur.

Cümşüdova Gülbadam

Haber akışı

Şu anda haber akışın da haber yok...