Təhsil 365 - Logo Mobile

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb

9018.11.2025 - 12:30
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının yeni nömrəsi nəşr olunub.

Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, bu nömrə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında “Aralıq ədəbi nəsil” və “Altmışıncılar” mərhələsi, yaxud sərt realizm - modernizm dövrü” adlı məqaləsi ilə açılır.

Elmi jurnalın baş redaktoru Milli Məclisin deputatı filologiya elmləri doktoru Elnarə Akimova, baş redaktorun müavini dosent Aygün Bağırlıdır. Jurnal dosent Töhfə Talıbovanın məsul redaktorluğu ilə işıq üzü görüb.

Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri jurnal “Elm və təhsil” nəşriyyatında çap olunub.

Jurnalın beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan (Rusiya), Hindistan, Polşa və Monqolustan alimləri daxildir. Elmi-nəzəri jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir.

Könül Əsgərova

Haber akışı

Şu anda haber akışın da haber yok...