Təhsil 365 - Logo Mobile

DİM fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət etdi

11018.11.2025 - 17:10
DİM fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət etdi

Məlum olduğu kimi, noyabrın 23-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.

“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Qeyd edilib ki, iddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...