Təhsil 365 - Logo Mobile

Mingəçevir Turizm Kolleci tələbələri Heydər Əliyev Mərkəzini ziyarət edib

11218.11.2025 - 18:10
Mingəçevir Turizm Kolleci tələbələri Heydər Əliyev Mərkəzini ziyarət edib

18 noyabr 2025-ci il tarixində Mingəçevir Turizm Kollecinin tələbələri ümummilli lider Heydər Əliyevin həyat və irsinin daha dərindən öyrənilməsi məqsədilə Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

“Tehsil365” kollecin məlumatına əsasən xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan ziyarət zamanı tələbələrə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, sənədlər, foto və video materiallar haqqında ətraflı məlumat verilib.

Mərkəzin bələdçisi tələbələrlə söhbət edərək Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşmasındakı rolundan, eləcə də siyasi, iqtisadi və mədəni inkişaf sahəsində xidmətlərindən danışıb.

Tələbələr həmçinin Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycanın müasir quruculuq yolunda əsas istiqamət olduğunu dinləyiblər.

Ziyarət zamanı tələbələr Ulu Öndərin uşaqlıq və təhsil illərinə, dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyətinə və Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlərə dair ekspozisiyalarla tanış olublar.

Sonda tələbələr ziyarətlə bağlı təəssüratlarını bölüşüblər.

Xədicə Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...