Təhsil 365 - Logo Mobile

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhlükəsizlik mövzusunda "açıq dərs" keçirilib

20619.11.2025 - 16:11
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhlükəsizlik mövzusunda "açıq dərs" keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Elektrik və Yanğın Təhlükəsizliyi” mövzusunda maarifləndirici "açıq dərs" keçirilib.

"Təhsil365" xəbər verir ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texniki ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.Təlimin məqsədi tələbələrə elektrik və yanğın təhlükəsizliyi, zədələnmə hallarında ilkin tibbi yardım, müvafiq normativ sənədlər və profilaktik tədbirlər barədə praktiki və nəzəri biliklərin aşılanması olub.Təlimdə elektrik zədələnmələri və təsirləri, ilkin tibbi yardımın göstərilməsi, elektrikdən mühafizə vasitələri ilə tanışlıq, yanğın növləri və söndürmə vasitələri, FHN-in qaynar xətti və müraciət prosedurları izah olunub.Tədbirin sonunda süni yanğın mənbəyi yaradılıb və yanğının söndürülməsi prosesi praktiki şəkildə nümayiş etdirilib.

Bu tip maarifləndirici təlimlər tələbələrin təhlükəsizlik biliklərini artırmaqla yanaşı, real situasiyalara hazırlıqlarını da gücləndirir.

Zərda Əliyeva

Haber akışı

Şu anda haber akışın da haber yok...