Təhsil 365 - Logo Mobile

"ChatGPT"yə rəqib gəlir – BU DƏFƏ ÇİNDƏN - FOTO

7124.11.2025 - 06:15
"ChatGPT"yə rəqib gəlir – BU DƏFƏ ÇİNDƏN - FOTO

Çinin “Alibaba Cloud” texnologiya şirkəti Qwen adlı pulsuz tətbiqi, virtual asistenti istifadəyə verib. Yaxın vaxtlarda ChatGPT-yə rəqabət yaratmaq üçün çat-botun beynəlxalq versiyası da işə salınacaq.

Tehsil365” TASS-a istinadən xəbər verir ki, tətbiq “Alibaba Cloud”un açıq mənbəli öz dil modelinə əsaslanıb.

Çat-bot istifadəçi ilə, o cümlədən rus dilində ünsiyyət qura bilir. O, fərdi İA köməkçisi kimi tapşırıqları yerinə yetirməyə yönəlib.

Fevral ayında “Alibaba Cloud”un ana şirkəti Alibaba üç il ərzində bulud platformaları və süni intellekt infrastrukturunun yaradılmasına 380 milyard yuan (təxminən 52 milyard dollar) sərmayə qoyacağını bəyan etmişdi.

Çin süni intellekt sahəsində böyük inkişaf dövrü yaşayır. Bu sahənin liderləri arasında Alibaba, Baidu, DeepSeek, Moonshot AI, Tencent və Zhipu AI şirkətləri var.

Amidə Zeynalova

Haber akışı

Şu anda haber akışın da haber yok...