Təhsil 365 - Logo Mobile

Kəlbəcərdə 60 şagird təhsil alır

10525.11.2025 - 11:25
Kəlbəcərdə 60 şagird təhsil alır

“Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura köç prosesi davam edir. Köçün davam etməsi, bərpa-quruculuq işlərinin aparılması fonunda bölgədə təhsil müəssisələrinin vəziyyəti də diqqət mərkəzindədir.

“Tehsil365” xəbər verir ki, Kəlbəcərdə hazırda 1 məktəb - Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəb fəaliyyət göstərir.

Regional Təhsil İdarəsindən verilən məlumata görə, məktəbdə 60 şagird təhsil alır.

Qeyd edək ki, bu gün Kəlbəcər Şəhəri Günü qeyd olunur.

Nərgiz Süleymanova

Haber akışı

Şu anda haber akışın da haber yok...