Təhsil 365 - Logo Mobile

Bakıda “İKT Karyera Sərgisi” keçirilir

10529.11.2025 - 10:30
Bakıda “İKT Karyera Sərgisi” keçirilir

Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları, həmçinin İRİA-nın təhsil layihələrinin məzunları üçün “İKT Karyera Sərgisi” keçirilir.

"Tehsil365” xəbər verir ki, tədbirin açılışında Azərbaycan Dövlət Himni səsləndirilib, İRİA İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov çıxışı zamanı bildirib ki, ölkəmizdə Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində əhalinin rəqəmsal savadlılığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

“Sərgidə 900-dən çox gənc iştirak edir, onlar ölkənin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 20 aparıcı dövlət və özəl qurumunun nümayəndələri ilə görüş imkanı əldə ediblər. Bu, gənclərin sahəyə yüksək marağının göstəricisidir”, - deyə Rəşad Xalıqov vurğulayıb.

Aysel Paşayeva

Haber akışı

Şu anda haber akışın da haber yok...