Təhsil 365 - Logo Mobile

“Məktəblilər arasında Respublika Çempionatı”nın basketbol üzrə zona mərhələsi yekunlaşıb

8601.12.2025 - 03:15
“Məktəblilər arasında Respublika Çempionatı”nın basketbol üzrə zona mərhələsi yekunlaşıb

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şəhər və rayon mərhələsində qalib gəlmiş komandalar arasında basketbol idman növü üzrə zona mərhələsi uğurla başa çatıb.
Bu barədə "Tehsil365"ə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, yarışın əsas məqsədi şagirdlər arasında bədən tərbiyəsi və idmanın kütləviliyini artırmaq, fiziki tərbiyə fənninin tədrisini təkmilləşdirmək, sağlam həyat tərzini təşviq etmək, məktəblilərin yarış təcrübəsini genişləndirmək və sinifdənkənar fəaliyyətlərini daha da zənginləşdirməkdir.

Qalib komandalar (qızlar):
I yer – Şəmkir şəhəri Məhəmməd Füzuli adına humanitar və təbiət fənlər təmayüllü məktəb-lisey
II yer – Tovuz şəhəri Adil Qasımov adına tam orta ümumtəhsil məktəbi
III yer – Qazax şəhəri Səlim Əfəndiyev adına tam orta ümumtəhsil məktəbi

Qalib komandalar (oğlanlar):
I yer – Şəmkir şəhəri Məhəmməd Füzuli adına humanitar və təbiət fənlər təmayüllü məktəb-lisey
II yer – Tovuz rayonu Zahir Yusifov adına Bayramlı kənd tam orta ümumtəhsil məktəbi
III yer – Ağstafa rayonu Namiq Həmzəyev adına Göycəli kənd tam orta ümumtəhsil məktəbi

I yerin qalibi olan komandalar Respublika Çempionatının final mərhələsində iştirak hüququ qazanıblar.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...