Təhsil 365 - Logo Mobile

"Şəhidin səsi" proqramında Xocalı soyqırımı zamanı əsir düşən ailə ilə görüş keçirilib

8701.12.2025 - 04:38
"Şəhidin səsi" proqramında Xocalı soyqırımı zamanı əsir düşən ailə ilə görüş keçirilib

30 noyabr tarixində "Tehsil365" İnformasiya Agentliyinin layihəsi olan "Şəhidin səsi" proqramında Xocalı soyqırımı zamanı əsir düşmüş ailə ilə görüş təşkil olunub.


"Tehsil365"
xəbər verir ki, proqramın aparıcısı "Tehsil365" İnformasiya Agentliyinin icraçı direktoru Rəşanə Quliyeva (İsam qızı) olub.

Görüşün məqsədi Xocalı həqiqətlərini dünyaya çatdırmaq, faciənin yaşandığı dövrün xatirəsini qorumaq və gələcək nəsillərə düzgün məlumat ötürməkdir. Proqram zamanı əsir düşən ailə öz şəxsi xatirələrini, döyüş və əsirlik anlarını bölüşüb, eyni zamanda tarixi faktların düzgün təqdim olunmasının əhəmiyyətindən danışıb.

Qeyd edək ki, bu buraxılış 26 fevral 2026-cı il tarixində yayımlanacaq, Proqram Xocalı faciəsi qurbanlarına həsr onub.

Aydan Ələkbərova

Haber akışı

Şu anda haber akışın da haber yok...