Təhsil 365 - Logo Mobile

Agentlik rəsmisi: "Peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur"

8603.12.2025 - 07:20
Agentlik rəsmisi: "Peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur"

"2026-cı ildən etibarən peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur".

Tehsil365” Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən "Peşə təhsili: nailiyyətlər və çağırışlar" konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Müseyibzadə səsləndirib.

O bildirib ki, burada söhbət maliyyə vəsaiti şəklində olan tələbə kreditindən yox, tədris prosesində qazandırılan akademik kreditlərdən gedir.

Rəbiyyə Müseyibzadənin sözlərinə görə, bu sistem Avropa təcrübəsinə əsaslanır və artıq Azərbaycanda da tətbiq olunur:

"Məqsəd təhsilin çevikliyini artırmaq və peşə təhsili alanların bilik və bacarıqlarını daha dəqiq qiymətləndirməkdir".

Amidə Zeynalova

Haber akışı

Şu anda haber akışın da haber yok...